İsveçdə seksual zəmində hücumlara, o cümlədən zorlamalara məruz qalan kişilər üçün dünyada ilk dəfə olaraq xəstəxana açılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Stokholmda baş tutan açılış mərasiminə ölkənin bütün aparıcı siyasi partiyalarının nümayəndələri qatılıblar.
"Biz çox şadıq ki, zorlamadan zərər çəkmiş qadınlardan sonra kişilər üçün də belə bir xəstəxana açırıq. Bu nəinki İsveçdə, dünyada ilk belə xəstəxanadır", - deyə İsveç Liberal Partiyasının mətbuat katibi Rasmus Yunland deyib.
İsveç Antikriminal Şurasının statistikasına görə, 2014-cü ildə ölkədə uşaq və kişilərə qarşı 370 seksual hücum faktı qeydə alınıb.
Ölkə Avropada zorlama sayına görə də ilk yerdədədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?