Terrorçu PKK təşkilatının üzvləri Türkiyənin Tunceli vilayətində növbəti terror aktı törədiblər.
"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, terrorçular yol kənarına yerləşdirdikləri minanı hərbi texnika keçdiyi zaman partladıblar. Nəticədə iki hərbçi ölüb, daha üçü isə yaralanıb. Yaralılar helikopterlə xəstənanalara daşınıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?