Çinin Sincan-Uyğur muxtar rayonunda terrorçular sentyabrın 21-də Luntay bölgəsində yerləşən bir neçə yaşayış məntəqəsində eyni vaxtda silsilə partlayışlar törədiblər.
gundemxeber.az-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, terror aktları nəticəsində 50-dək insan ölüb.
Polisin məlumatına görə, ölənlərdən 40 nəfəri terrorçu-kamikadzedir. Onlar ərzaq bazarı, 2 polis bölməsi və bir neçə ictimai yerlərdə özlərini partladıblar. Terrorçuların bir qismi partlayışlar nəticəsində ölüb, bir neçəsini isə polis məhv edib. İki terrorçu polis tərəfindən saxlanılıb.
Rəsmi məlumata əsasən, partlayışlar nəticəsində həmçinin 8 dinc sakin, 2 polis əməkdaşı ölüb, 54 nəfər yaralanıb.
Hələlik heç bir təşkilat partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?