Totalitar və avtoritar ölkələrdə vətəndaşlar həmin günlər hakimiyyəti tərifləməli, təşəkkür etməlidirlər
Bu yaxınlarda Azəbaycan prezidenti İlham Əliyev məmurları təvazökarlığa çağırdı, dedi ki, o özünün 50 illiyi olanda məcburi köçkünlərlə görüşə getmişdi. Ancaq prezidentin opponentləri cavab verə bilərlər ki, onun ad günlərində 50 metr uzunluğunda, 11 ton ağırlığında tort bişirilir. Və yaxud atasının ad günü gül bayramı keçirilir. Bu, normaldırmı? O biri ölkələrdə necədir? Müxtəlif ölkələrdə prezidentlərin ad günləri necə keçirilir? Özünü təqdir günü. Foreign Policy yazır ki, totalitar və avtoritar ölkələr belə günlərsiz keçinə bilmir. Adamlar həmin günlərdə hakimiyyəti tərifləməli, təşəkkür etməlidirlər. Bu günlər bir qayda olaraq monarxın və ya prezidentin ad günüdür.
Qazaxıstan[/b]
2008-ci ildə Qazaxıstan prezidenti Nazarbayev fərman verərək öz ad gününü milli bayrama çevirdi və adını qoydu “Astana Günü”. “Astana günü” əslində bir neçə günlük festivaldır. 2010-cu ildə 3 günlük festivalda İtaliyanın məşhur müğənnisi Bocelli mahnı oxudu, 2008-ci ildə isə ondan da məşhur ABŞ müğənnisi Uitni Hyuston gəlmişdi. O vaxtki sirklər, baletlər, atəşfəşanlıq Qazaxıstan büdcəsinə 10 milyon dollara başa gəldi. 2012-ci ildə “Astana Günü”ndə film festivalı keçirildi, dünyanın ən məşhur sirki olan Cirque du Soleli gəldi, buz şousu düzəldildi. Bir Qazaxıstan rəsmisi bütün bunlara 2010-cu ildə belə haqq qazandırırdı ki “ölkələr bir dəfə prezident seçdikləri adama hörmət göstərirsə, biz niyə dəfələrlə prezident seçilənə hörmət göstərməyək?”
[b]İordaniya
Qazaxıstanda Nazarbayevin ad gününü birbaşa ölkə bayramı etməyə hələ çəkinirlərsə, İordaniyada kral II Abdullanın ad günü milli bayramdır. Eyni qayda ilə kralın atası Hüseynin də ad günü milli bayramdır. Ancaq bu günlər adi iş günləridir. Bunu kral Abdulla 2007-cvi ildə verdiyi fərmanla elan edib. Kral öz ad gününü necə keçirir? O , ad gününü məşhur xarici müğənnilərlə yox, öz yaxın ailə üzvləri ilə keçirməyə üstünlük verir. 40- illik yubileyi günü Kral Abdulla xəstəxanaya uşaqlara baş çəkməyə getmişdi. Ümumiyyətlə, Kral Abdulla bir çox seçkili prezidentlərdən daha təvazökar həyat keçirir.
Şimali Koreya
Yanvarın 8-i Şimali Koreya lideri Kim Jong Unun ad günüdür. Rəsmi hesabata görə, həmin gün Şimali Koreyada hər bir uşağa hədiyyə kimi 1 kiloqram konfet verilir. Bu, liderin gənc nəslə “atalıq qayğısı”nı nümayiş etdirir. Şimali Koreyada indiki liderin babasının və atasının ad günləri milli bayramdır. Babasının ad günü “Günəş günüdür”, atasının ad günü “Parlayan ulduz günüdür”.
Kuba
Fidel Kastro Kubada 1959-cu ildə hakimiyyətə gələndən hər il öz ad gününü kütləvi bayram şənlikləri ilə qeyd edir. 2011-ci ildəki bir həftəlik bayram konsertlərinə Latın Amerikasının və Avropanın məşhur müğənniləri gəlmişdi, onlar arasında Grammy mükafatı qalibi də vardı. Keçən il Fidel ad günündə adamlarla görüşə gəlmədi. Ancaq konsertlər ona həsr olunurdu, komsomol onun şərəfinə tort hazırlamışdı. Bu tortun üzərində Fidel Castronun həyatının əsas məqamları və hadisələri əks olunmuşdu.
Türkmənistan
Türkmənistanda 2005-ci ildə o vaxtki prezident Türkmənbaşı öz ad günü münasibətilə pullar buraxdırdı, bu pulların üstündə onun şəcərəsi, nəsil ağacı həkk olunmuşdu. Bir il sonra Türkmənbaşı özünün şeir yaradıcılığı şərəfinə qızıl və gümüş pullar buraxdırdı. O vaxtlar Türkmənbaşının ad gününü bayram etmək məcburi idi. Türkmənbaşı 2006-cı ildə ölləndə onun yerinə gələn Qurbanqulu Berdiməhəmmədov Türkmənbaşının ad günü münasibətilə bayramları ləğv etdi. Ancaq Berdymukhamedov yavaş-yavaş Türkmənbaşı yolunu tutur. 2011-ci ildə prezident özü yazdığı mahnını özü də ifa etdi, bundan sonra onun əlindəki gitara milli sərvət elan olundu və hazırda muzeydə saxlanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?