“Sumqayıt Şəhər İcra Hakimiyyəti İlham Əliyevin ad günü üçün tort bişirtdirmir”.
Bunu virtualaz.org-a açıqlamasında icra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ayaz İmaməliyev deyib.
A.İmaməliyev mətbuatda icra başçısı Eldar Əzizovun prezident İlham Əliyevin ad günü üçün 52 metrlik tort bişirtdirməsi haqda yayılan məlumatların tamamilə əsassız olduğunu bildirib: “Cənab prezidentin ad günü üçün tort bişirilimir. Tort dekabrın 29-da Yeni il və həmrəylik günü ilə bağlı kəsiləcək. Tort icra hakimiyyəti deyil, sahibkarlar tərəfindən bişirtdiriləcək”.
Xatırladaq ki, dekabrın 19-da İcra hakimiyyətindən virtualaz.org-a bildirilmişdi ki, prezidentin ad günü ilə bağlı tort bişirilir və uzunluğu 52 metr, çəkisi isə 12 ton olacaq. Məlumatda hətta tortun hazırlanması üçün 25 minə yaxın yumurtadan, 2 tondan çox undan, 2 ton şəkərdən, 300 kiloqramdan çox qozdan istifadə ediləcəyi deyilmişdi.
Qeyd edək ki, Sumqayıt ŞİH başçısı Eldar Əzizov ötən il prezidentin ad günündə 51 metrlik tort bişirtdirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?