Yapoinya Sahil Mühafizəsi Xidməti Yapon dənizinin İşikava prefekturası sahillərində iki çevrilmiş gəmi aşkar edib. NHK televiziya kanalının verdiyi məlumata görə, xarici gəmilərin çevrildiyi ərazidə xilasedicilər səkkiz cəsəd aşkar ediblər.
Birinci gəminin Vacima limanından üç kilometr, ikincinin isə 10 kilometr məsafədə aşkar olunduğu bildirilir. Qəza rayonunu tədqiq edən yapon xilasedicilər sudan səkkiz cəsəd çıxarıblar. Bundan əlavə, həmin ərazidə üzərində Koreya dilində ieroqliflər olan boş gəmi də aşkar olunub. Bütün gəmilərin taxta materialdan hazırlandığı və təqribən 10 metr uzunluğunda olduğu bildirilir.
Hazırda Yaponiya Sahil Mühafizəsi Xidməti həlak olanların vətəndaşlığını və gəmilərin kimə məxsus olduğunu aydınlaşdırmağa çalışır. Qəzanın bir neçə gün bundan əvvəl baş verdiyi və gəmiləri Yapon dənizi rayonuna dalğaların gətirdiyi güman olunur. (AZƏRTAC)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?