Siciliya sahillərində 250-dən çox miqrant daşıyan gəmi batıb. ANS PRESS-in Rusiya mediasına istinadən verdiyi xəbərə görə, İtaliya ordusuna aid iki hərbi gəmi zərəçəkənlərə yardım etmək üçün fəlakət zonasına gedib. Dənizdə boğulub ölənlər barədə hələlik heç bir məlumat verilmir.
Bu, son günlər İtaliyanın sahillərində baş verən ikinci hadisədir. Oktyabrın 3-də Lampeduza adasının yanında Afrikadan qeyri-leqal immiqrantlar gətirən gəminin açıq dənizdə batması nəticəsində həlak olmuş 232 nəfər haqqında hələ də heç bir məlumat verilmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?