Suriyanın Türkiyə ilə sərhədində yerləşən Maarat-əl Numan qəsəbəsi, Rus təyyarələri tərəfindən bombalanıb. Bizimyol.info xəbər verir ki, bombardman nəticəsində 5 nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb. Hərbi təyyarələrin qəsəbəyə 2 mərmi atdıqları deyilir.
İnsanlar, hücumdan sonra dağıntılar altında qalan ölü və yaralıları çıxarmaq üçün səfərbər olub. Suriyalı yerli mənbələr hadisə nəticəsində 5 nəfərin öldüyünü təsdiqləyiblər. Dağıntılar altından çıxarılan yaralılar, xəstəxanalara çatdırılıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?