Pakistanın Xeybər-Pakthunkva əyalətində ABŞ tərəfindən reallaşdırılan pilotsuz təyyarələrin hava hücumunda 6 mədrəsə tələbəsi ölüb, 8 isə yaralandığı bildirilir.
AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, Pakistan Taliban lideri Hakimullah Mehsudun noyabrın 1-də öldürülməsinin ardından ölkədə ilk dəfə pilotsuz təyyarələrdən hava hücumu reallaşıb. Mədrəsəyə 3 mərmi atıldığı, təyyarələrin bölgədə uçuşu davam etdirdiyi və hücumun bölgədə əhali arasında gərginliyə səbəb olduğu qeyd edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?