Rusiya Kənd Təsərrüfatı Nazirliyi bəzi kənd təsərrüfatı məhsullarının Türkiyədən idxalına məhdudiyyət qoyub.
Modern.az Rusiyanın "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, sanksiya siyahısına iri buynuzlu heyvanların soyudulmuş və dondurulmuş əti, ev quşlarının əti, qida yemləri, süd və süd məhsulları, o cümlədən kəsmik və pendir, bütün balıq məhsulları, fındıq, meyvə-tərəvəz, göy-göyərti və giləmeyvələr daxil olunub.
Rusiyanın kənd təsərrüfatı strukturları Türkiyə məhsullarını daxili bazar və bəzi xarici ölkələr hesabına təmin edəcəklərini deyib.
Qeyd edək ki, Türkiyə hava sərhədlərinə daxil olan Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəni vurduqdan sonra Ankara ilə Moskva arasında siyasi gərginlik yaranıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?