Dövlət Statistika Komitəsi 2013-cü ilin oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. Oktyabr ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 0,1 faiz bahalaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 3,2 faiz ucuzlaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının 0,1 faiz, arpanın 2,7 faiz, xiyarın 2,2 faiz, pomidorun 0,5 faiz, bibərin 4,8 faiz, göyərtilərin 3,1 faiz, baş soğanın 0,9 faiz, kartofun 0,1 faiz, quru otun istehsalçı qiymətləri 3,0 faiz bahalaşıb, lobya dəninin istehsalçı qiymətləri 5,2 faiz, kələmin 1,3 faiz, baş sarımsağın 12,7 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 8,0 faiz, almanın 3,2 faiz, qozun istehsalçı qiymətləri 4,3 faiz ucuzlaşmış, armudun istehsalçı qiymətləri 11,5 faiz, üzümün 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 11,6 faiz bahalaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,9 faiz, yumurtanın istehsalçı qiymətləri 4,8 faiz ucuzlaşmış, mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,1 və 0,1 faiz, südün 0,7 faiz, quş ətinin (diri çəkidə) 1,7 faiz, balın istehsalçı qiymətləri isə 2,3 faiz bahalaşıb. Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,7 faiz bahalaşma müşahidə olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?