İstanbul polisi Rusiyanın şəhərin mərkəzindəki konsulluğunun mühafizəsini gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görüb. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, konsulluğun yerləşdiyi binanın ətrafına gücləndirilmiş polis naryadları, bir neçə polis avtobusu cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl bir neçə krım-tatar təşkilatı Rusiyanın Ankara və İstanbuldakı diplomatik missiyalarının qarşısında etiraz aksiyaları keçirmək niyyətində olduğunu bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?