Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın İstanbuldakı 3 mərtəbəli villası sökülür.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kandilli bölgəsində yerləşən villaya qeyri-qanuni əlavə edilmiş hissələri bu gün sökməyə başlayıblar.
Eni 61 metr olan villanın dəyişdirilən hissələri sökülərək yenidən əvvəlki görkəminə uyğun inşa ediləcək.
İstanbul Bələdiyyəsinin CHP-li (Cümhuriyyət Xalq Partiyası) üzvü Hüseyn Sağ bildirib ki, bu, kifayət deyil: “Bizə şikayət gəldi və ondan sonra məhkəməyə müraciət etdik. Məhkəmə prosesi hələ davam edir. Binaya qeyri-qanuni əlavə olunan hissələrin sökülməsi yaxşı haldır, amma kifayət deyil. Villanın əsas hissəsinə qanunsuz əlavə edilmiş 4-cü mərtəbə də tarixi abidəni korlayıb. Villanın əsas korpusu da düzəlməlidir”.
Sorğu
Yeni dizaynımız necədir?