Rusiya prezidenti Vladimir Putin bildirib ki, rəsmi Moskva həm Bəşər Əsəd, həm də ABŞ-la rahatlıqla əməkdaşlıq edə bilir.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. O qeyd edib ki, Rusiya heç vaxt quyruq bulamır və mövqeyini dəyişmir.
"Biz Suriya problemi ilə bağlı rahatlıqla həm prezident Əsəd, həm də Amerika tərəfi ilə əməkdaşlıq edə bilirik. Ona görə rahatlıqla deyirəm ki, biz heç vaxt quyruq bulamırıq və heç vaxt mövqeyimizi dəyişmirik", - deyə Putin Vladimir sənədli filmi üçün verdiyi müsahibədə bildirib.
Putinin sözlərinə görə, Rusiya Suriya konfliktinin tənzimlənməsində öz mövqeyinin konturlarını dəqiq müəyyənləşdirib.
Qeyd edək ki, Vladimir Putin "İslam dövləti" ilə mübarizə üçün Səudiyyə Ərəbistanının yaratdığı yeni antiterror koalisiyası barədə sualı cavablandırarkən onda heç bir antirusiya xarakteri görmədiyini söyləmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?