GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türk-rus münasibətləri-sapı özümüzdən olan baltalar

Türk-rus münasibətləri-sapı özümüzdən olan baltalar

Tarix: 23-12-2015, 14:23 Bölmə :Dünya Baxış: 0
Türk-rus münasibətləri-sapı özümüzdən olan baltalar

Azərbaycan bu situasiyada nəyə görə kimin yanında olmalıdır?!

Türkiyənin ötən ayın 24-də Rusiyaya məxsus hərbi təyyarəni sərhədi pozması səbəbindən vurması hazırda Ankara ilə Moskva arasında münasibətləri kəskinləşdirib. Son 300 ildə Rusiya ilə Türkiyə arasında siyasi, iqtisadi, humanitar və hərbi yaxınlaşma indiki qədər olmamışdı. Lakin noyabrın 24-də Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurması bu münasibətlərin pozulmasına səbəb olub. Hazırda iki dövlət arasında münasibətlər demək olar ki, mövcud deyil. Hər iki ölkə rəhbərliyi bir-birinə qarşı sərt ritorik ifadələrə üstünlük verir. Rusiya tərəfi Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Türk limonunu çıxmaq şərti ilə Türkiyədən Rusiyaya ixrac edilən bütün məhsullara qadağa tətbiq edilib. Bu siyahıya pomidor, xiyar, mandarin, paltar, ərzaq məhsulları və digər markalı mallar daxildir. Eyni zamanda Kremli Rusiyada fəaliyyət göstərən türk şirkətlərini ölkədən çıxarmaq qərarını verib. Həmçinin Rusiyada təhsil alan türk tələbələr ölkədən faktiki deportasiya edilib. Moskva Xarici İşlər Nazirliyinin xətti ilə rus vətəndaşlarına müraciət edib, onları Türkiyəyə səfər etməməyə səsləyib.

Türkiyə Krım məsələsində Qərbin Rusiyaya qarşı sanksiyasına qoşulsaydı...

Hazırda münasibətlərin bu kəskin mərhələsində Türkiyə hakimiyyəti Rusiyaya qarşı mümkün qədər liberal davranır, bu ölkə ilə münasibətlərini sıfıra endirmək istəmir. Səbəb isə bəllidir, türk xarici siyasəti özünə əlavə düşmən qazanmaq istəmir, amma eyni zamanda öz sərhədlərinin toxunulmazlığının müqəddəs olduğunu da ortaya qoyur. Bəllidir ki, hazırda Qərb ölkələri Rusiyaya qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edirlər. Görünən budur ki, sanksiyaların müddəti 2016-cı ilə qədər uzadılacaq. Hələ Ukraynada Rusiyanın apardığı separatçı siyasi oyunlar meydana çıxanda, Krım ilhaq ediləndə, Luqanksi, Donetski faktiki Kiyevdən alınanda dünya Kremlə qarşı sanksiyaların tətbiqinə start verdi, Türkiyə isə NATO üzvü olmasına baxmayaraq Rusiyaya qarşı cızılan bu ssenarilərə qoşulmadı. Zamanında Rusiya bu sanksiyalara qoşulsaydı Moskvada rusların durumu daha ağır olacaqdı və bu zaman Rusiya Türkiyənin hava məkanını pozmağı heç zaman ağlına gətirməyəcəkdi. Lakin artıq bu hadisə baş verib. Və Türkiyə əslində rus təyyarəsini vurmaqda haqlıdır.

Silahsız döyüşlər dənizlərə keçir

Təyyarə insdentindən sonra Rusiya Türkiyə ilə mövcud olan bütün sahələrdə ki, münasibətlərini gözdən keçirir və mümkün qədər Türkiyəyə zərbə vurmaq və ya etdiyi hərəkət səbəbindən “gözünün odunu almaq” işinə girişib. Artıq gərgin münasibətlər dənizlərə də, siyarət edib. Münasibətlərdə ki, böhran artıq Aralıq, Mərmərə, egey və Qara dənizlərdə hərəkət edən gəmilərə də vurub. Ən son məlumata görə, 24 noyabrdan sonra bir həftədə Rusiya tərəfindən 5 türk bayraqlı gəmi Qara dəniz memorondumu çərcivəsində aparılan yoxlamalardan sonra limanlarda saxlayıb. Bundan sonra da gəmilərins saxlanması davam edi. Hazırda bu rəqəm 8-ə çatıb. Hadisədən sonra Türkiyə Rusiyanın bu davranışını dayandırmasını gözləyib. Lakin gəmilərin saxlanması davam etdikdə Türkiyə buna qarşılıq verməyi qərara alıb. Nəticədə Aralıq

və Qara dənizdə aparılan yoxlamalar nəticəsində çatışmazlıqları olan rus gəmiləri türk limanlarına gətirilib. 8 dekabra olan məlumata görə, türk limanlarında Rusiya bayraqlı 6 gəmi olub. Dekabrın 15-də isə bəlli olub ki, türk limanlarında saxlanan rus gəmilərinin sayı 27-yə çatıb. Gəmi gərginliklərindən sonra hər iki tərəf bu problemin aradan qaldırılması üçün danışıqlara başlayıblar. Rusiya problemin həlli üçün görüşlərin keçirilməsinə yaşıl işıq yandırıb. Türkiyə tərəfindən olan rəsmilər isə hələlik bu görüşün yeri və zamanının bəlli olmadığını bildiriblər.

Rusiyadan növbəti mənasız sanksiyalar dalğası

Rusiya Türkiyədən olan işlərin və xidmətlərin idxalının qarşısını faktiki olaraq almaqla bu ölkəyə qarşı sanksiyaları genişləndirməyə hazırlaşır. İqtisadi İnkişaf Nazirliyi Rusiyanın baş naziri Dmitri Medvedevin göstərişi ilə hökumət qərarının layihəsini hazırlayıb. Sənəd prezident Vladimir Putinin Türkiyəyə dair sanksiyalar haqqında imzaladığı fərmanı çərçivəsində hazırlanıb. “Kommersant”ın məlumatına görə, qərara əsasən, Rusiya hüquqi şəxslərə türk profil agentləri ilə müqavilə bağlamağı qadağan edir. Sənəd qüvvəyə mindiyi halda sanksiyalar inşaat, mehmanxana, eləcə də ağac emalı və Rusiya aviaşirkətlərinin personalının Türkiyədə təliminə şamil ediləcək. Rusiya hüquqi və fiziki şəxsləri ilə Türkiyə hüquqi və fiziki şəxsləri arasında bağlanan müqavilələr üçün Rusiyada saziş pasportunu qeydiyyatdan keçirmək mümkün olmayacaq. Bununla yanaşı, Rusiya dövlət satınalmalarında türk şirkətlərinin istənilən iştirakı tam qadağan ediləcək. Sanksiyalar yalnız yeni müqavilələrə şamil ediləcək, artıq Rusiya bazarında işləyən türk şirkətləri gələcəkdə istisna edilə bilərlər. Sanksiyaların həyata keçirilməsinə nəzarət Mərkəzi Bankın iştirakı ilə “Rosfinmonitorinq”ə həvalə edilə bilər.

Kremli ram edəcək proses: dolların məzənnəsinin qalxması, neftin qiymətdən düşməsi

Kremlin hərəkətləri daxili siyasətə hesablandığı son dərəcə aydındır. SSRİ dağıldıqdan sonra Rusiya şəxsiyyət və lider problemi yaşayıb. Vladimr Putinin ortaya çıxması isə rus millətçiliyi üçün əldən düşmə olub. Rusiyada aparılan geniş və çarpaz təbliğat kampaniyası Putinin milli iradənin təmsilçisi kimi dağlara qaldırıb. Kremli indiki halda məcburdur ki, anti türk kampaniyasını genişləndirsin, Türkiyə ilə münasibətləri gərgin duruma gətirsin. Əks təqdirdə Putinin daxili siyasətdə reputasiyası zədələnə bilər. Odur ki, Putin atdığı addımlarda mümkün ziyanları nəzərə alaraq rus adamı üçün lider olaraq qalmağı daha münasib hesab edib. Lakin iqtisadi rəqəmlər başqa reallıqlar ortaya qoyur. Artıq Rusiyada dolların və avronun məzənnəsi kritik həddi keçib, 1 Avro 77 rubl, 1 dollar isə 70 rublu arxada qoyur. Rusiyanın 2016-cı il büdcəsində gəlirlərin 195 milyard, xərclərin isə 228 milyard dollar səviyyəsində olacağı gözlənilir. Prezident Putin artıq 2016-cı il büdcəsi haqqında qanun imzalayıb. Rusiyanın gələn il büdcəsinin gəlirlərinin ümumi daxili məhsulun (ÜDM) 17,5%-ni, xərclərinin isə ÜDM-in 20,5%-ni təşkil edəcəyi gözlənilir. Qəbul edilən qanuna əsasən, inflyasiya nisbətinin növbəti ilin dekabr ayına qədər 6,4%-i keçməyəcəyi təxmin edilir, büdcə kəsirinin isə 33 milyard dollar olacağı gözlənilir. Rusiyada gələn il, ümumi daxili məhsulun 1,1 trilyon dollara yaxın olacağı gözlənilir. İki il əvvəl bu göstərici 2 trilyon dollar olub. Qeyd edək ki, 2013-cü ildə Rusiya

dövlət büdcəsi 400 milyard dollara yaxın olub. Neft və qazdan asılı olan Rusiya büdcəsinin kəskin azalmasına səbəb neftin son bir ildə kəskin ucuzlaşmasıdır. Hazırda Meksika, Kanada, Venesuela nefti bazarda 30 dollardan ucuz satılır. Rusiyanın bazara çıxardığı neftdə bundan bir qədər bahadır. Bu isə o deməkdir ki, neft bazarında proseslər bir qədərdə sürətlə qiymət enməsinə gətirib çıxarsa Rusiya onurğasından ciddi zərbə alacaq.

Azərbaycan bu durumda kimin yanındadır-sapı özümüzdən olan baltalar

Rus-Türk münasibətlərinin indiki kritik durumunda Azərbaycan kimin yanında olmalıdır sualı aktuallığını bir qədər də artırıb. Aydındır ki, Zəngəzur, Göyçə, Borçalı kimi tarixi ərazilərimizin itirilməsində Rus dövlətlətlərinin bu və ya digər halda əməyi olub. Dağlıq Qarabağ münaqişəsinin indiki durumda olmasının bir səbəbi də Rusiyadır. Məhz rus çəkməsi hesabına Dağlıq Qarabağ daxil olmaqla, əlavə 7 rayon işğal edilib. Hazırda Rusiyada ciddi anti-türk kampaniyası gedir. Moskva ermənilər bu imkandan yararlanaraq fəallaşıb və rus mediasında oran erməni jurnalistlər mümkün qədər rusları türklərə qarşı kökləyir. Azərbaycan açıq olmasa da, Türkiyənin yanında olduğunu addımları ilə ifadə edir. Rusiyaya buraxılmayan türk yük avtomobilləri Azərbaycana daxil olaraq Xəzər dənizini keçməklə Qazaxıstan və digər ünvanlara yetişə bilirlər. Belə bir məqamda Azərbaycanda rusbaşlar, xüsusilə beşinci kalonun təmsilçiləri xüsusilə aktivləşib, bəziləri Türkiyə əleyhinə bəyanatlar verməkdən belə çəkinmirlər. Hələlik bu sırada Rəşad Məcid, Aqil Abbas, Araz Əlizadə və digərlərinin adını çəkmək olar. Yeri gəlmişkən, sabiq prezident Ayaz Mütəllibovda son günlər aktivləşib. Türkiyə ilə bağlı danışmasa da, Azərbaycanda millətçi xəttin ən güclü simalarından olan Əbülfəz Elçibəyi hədəfə almaqla əslində Azərbaycan-Türkiyə bağlılığına zərbə endirmək niyyəti güdür. Heç kimə sirr deyil ki, məhz Azərbaycanla Türkiyə arasında yaxınlaşma, sıx bağlılıq Əbülfəz Elçibəyin zamanında təşəkkür tapıb, sonrakı illərdə isə inkişaf edib. Müşahidələr göstərir ki, indi Azərbaycanda rus sevgisinin əsas təbliğatçıları aktiv fazaya keçib və bir gün Rusiyadan gələn əsgərləri gül-çiçəklə qarşılamağa hazırlaşır. Hələlik rusbaşların, öz karyerasını şimalda görənlərin qarşısına ciddi mövqelər qoyulmur. Hadisələr isə göstərir ki, Azərbaycanda kifayət qədər rus “minaları” var və onlar öz niyyətlərini həm də “türkə sevgi” konteksində təqdim edirlər. Bütün bu hərəkətlərin və fəaliyyətlərin qarşısını dayandırmaq olduqca əhəmiyyətli addım olardı. Bunun üçün milli iradəyə ciddi ehtiyac var.

Hüseyn Abbasoğlu

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Türkiyənin o təyyarəni vurması... - General Rzayev

    Türkiyənin o təyyarəni vurması... - General Rzayev ...

    26-11-2015, 18:00

  • 
  • Türkiyə-Rusiya qarşıdurmasının iqtisadi zərbələri və Azərbaycan

    Türkiyə-Rusiya qarşıdurmasının iqtisadi zərbələri ...

    26-11-2015, 15:10

  • 
  • Rusiyanın "qiyaməti" başladı – Türkiyə rus gəmilərinin yolunu kəsir

    Rusiyanın "qiyaməti" başladı – Türkiyə ...

    30-11-2015, 18:26

  • 
  • Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza qayıdır?

    Rus-türk yaxınlaşması: Türk ordusu Qafqaza ...

    4-07-2017, 11:58

  • 
  • Məhəmməd Talıblı: Türkiyənin Rusiya ilə ticarətdə 19 milyard dollarlıq mənfi saldosu var

    Məhəmməd Talıblı: Türkiyənin Rusiya ilə ticarətdə ...

    10-09-2018, 16:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu