Pakistanda terrorçuların universitetə hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA-nın "Dawn" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Edhi Foundation" qeyri-kommersiya humanitar təşkilatının hadisə yerində olan könüllüsü bildirib.
Universitet binasından təxliyə olunan tələbələrdən biri isə qeyd edib ki, terrorçular 60-70 tələbəni güllələyiblər, lakin onun sözləri hələlik rəsmi təsdiqlənməyib.
Hücum zamanı təhsil müəssisəsində 3 minədək tələbə olub. Universitetin rektoru əvvəl verdiyi açıqlamada bildirib ki, tələbə və müəllimlərdən heç kim zərər çəkməyib.
Bəzi məlumatlara görə, hücum zamanı universitetdə poeziya müsabiqəsi keçirilirmiş, tədbirdə 600 qonaq iştirak edirmiş.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?