ABŞ-ın Vaşinqton ştatında, "Amtrak" dəmiryolu şirkətinə məxsus qatarın relsdən çıxması nəticəsində baş vermiş qəza zamanı 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Qatar Sietldən Portlend istiqamətində hərəkət edirmiş. "Associated Press" agentliyinin məlumatında isə qeyd olunur ki, hadisə zamanı azı 6 nəfər ölüb.
***
ABŞ-da sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə "Associated Press" rəsmi şəxsə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərin sayı arta bilər. Məmur bildirib ki, ilkin məlumatlar qatarın relsdən çıxmasından əvvəl nəyəsə çırpıldığını göstərir.
Qeyd edək ki, yerli KİV hadisə zamanı 80 nəfərin xəsarət aldığını bildirib.
Hadisə ilə əlaqədar Vaşinqton ştatında fövqəladə vəziyyət elan edilib. (virtualaz.org)
***
ABŞ-da sürət qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər ölüb.
"Rerort" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, ölənlərin hamısı sərnişinlərdir. Hadisə Vaşinqton ştatının şimal-qərb hissəsində baş verib.
Qəza zamanı daha 77 nəfər xəsarət alıb.
****
ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 77 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.
İnsident nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.
****
ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.
İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?