İstanbulda keçirilən antiterror əməliiyyatı nəticəsində terrorçu PKK-ya maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 20-dən çox şəxs tutulub.
Report Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat İstanbulun 22 rayonunda 36 ünvanda keçirilib.
Saxlanılan şübhəlilər qumar oyunlarını təşkil edənlərdən, narkotik maddələrin qanunsuz ticarəti, insan alveri, qaçaqmal ticarəti ilə məşğul olanlardan və başqa bu sayaq əməllər törədənlərdən pul toplayaraq, onu terrorçu PKK-ya ötürürmüşlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?