"Bloomberg" agentliyi iqtisadiyyatı "bədbəxt vəziyyətdə" olan 63 ölkənin yer aldığı reytinq cədvəli hazırlayıb.
Modern.az agentliyə istinadən xəbər verir ki, 98,3%-lik inflyasiya və 6,8%-li işsizlik səviyyəsi ilə Venesuela ardıcıl 2-ci ildir ki, ən pis iqtisadiyyata malik ölkə seçilir.
Reytinq cədvəli inflyasiya və işsizliyin nisbətini göstərən Misery İndex (Bədbəxtlik indeksi) hesabına hazırlanır.
Venesuela 159,7 xallıq indekslə ilk pillədə yer alıb. İndeksdə 2-ci Argentina (39,9 xal), 3-cü Cənubi Afrika (32 xal), 4-cü Yunanıstan (27 xal), 5-ci Ukrayna (26,3 xal), 6-cı İspaniya (21,2 xal), 7-ci Serbiya (20,9 xal), 8-ci Türkiyə (18,8), 9-cu Braziliya (16,8 xal) və 10-cu Qazaxıstan (16,7 xal) iqtisadiyyatı olub.
Siyahıda Rusiya iqtisadiyyatı ən "bədbəxt" 14-cü, Çin isə 57-ci pillədə yer alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?