Alimlər gələcəyimizi təhdid edən ən önəmli xəstəliklərdən birinin miyop olduğunu bildirib.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, son illərdə aparılan araşdırmalar miyopdan əziyyət çəkənlərin sayının inanılmaz dərəcədə artdığını göstərib.
Kembric və Olster Universiteti də daxil olmaqla, 5 ən məşhur təhsil ocağının professorlarının gəldiyi qənaətə görə, son 5 il ərzində miyop insanlığın gələcəyini təhdid edə biləcək ən təhlükəli xəstəliyə çevrilib.
Belə ki, Avropa və ABŞ-da əhalinin 30-40 faizi miyopdan əziyyət çəkir. İngiltərədə 5-7 yaşlarda olan uşaqların 5 faizi miyopdur.
Beş il öncə Asiya ölkələrində miyopdan əziyyət çəkənlər əhalinin 20 faizini təşkil edirdisə, indi bu rəqəm 80 faizdir. Gənclərin isə 90 faizi miyopa yaxalanır.
25-29 yaşlarında olan miyop xəstələrinin sayı 55-59 yaşındakılardan çoxdur.
Universitet məzunlarının bu xəstəliyə yaxalanma ehtimalları 16 yaşından sonra məktəbə getməyənlərlə müqayisədə 2 dəfə daha artıqdır. Alimlər bunu ağıllı telefon və planşetlərlə əlaqələndirir. Körpəlikdən etibarən saatlarla süni işıq yayan bu cür cihazlara baxmaq gözü həddən artıq yükləyir. Mütəmadi olaraq yaxına baxdıqda gözün uzağa baxmaq funksiyası korlanır, göz tənbəlləşir. Bunun qarşısını almaq üçün gün ərzində mümkün qədər uzağa baxmaq lazımdır. Kompüter qarşısında əyləşənlər 20 dəqiqədən bir ən az 20 saniyə uzağa baxmalıdırlar.
Qeyd edək ki, alimlər miyopa yaxalananların qısa müddətdə bu qədər artmasının təkamülün yeni mərhələsinə doğru getdiyimizin əlaməti ola biləcəyini, 50 il ərzində insanların uzağı görmə funksiyalarını həmişəlik itirə biləcəklərini deyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?