Ekspertlər Avropa ölkələrində ailələrin aylıq xərcində ərzaq məhsullarının payını hesablayıb.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırmalar yüksək təminatlı Avropa ölkələrində ərzağa xərclənən vəsaitin bütün xərclərin çox az hissəsinin təşkil etdiyini göstərib. Belə ki, inkişaf etmiş Avropa ölkələrində ailələr xərclərinin 10-15 faizini ərzağa ayırır.
Digər xərclər isə kommunikasiya, səyahət, keyfiyyətli səhiyyə xidməti, təhsil, geyim, texnikaya sərf olunur. Reytinq cədvəlində ilk yeri Lüksemburq tutur. Bu ölkədə xərclərin cəmi 8,8 faizi ərzağa sərf edilir. İkinci yerdə 9,1 faizlik xərclə Böyük Britaniya, üçüncü yerdə isə 9,6 faiz xərclə İsveçrə dayanır. Liderlərin sırasına Danimarka və Norveç də daxildir.
Kasıb ölkələrdə isə əhalinin xərclərini böyük hissəsi ərzağa sərf edilir. Ailə büdcəsindən bu məqsədlə ayrılan vəsaitin çoxluğuna görə Ukrayna liderdir. Orta statistik ailə bu ölkədə xərclərinin yarısını ərzaq səbətinə xərcləyir. Moldovada bu rəqəm 43.2, Serbiyada 42.9 faiz təşkil edir. Rusiyada ailələrin xərcinin 30.3 faizini ərzaq xərcləri tutur.
Sorğu
Yeni dizaynımız necədir?