Yerin cənub yarımkürəsində indiyədək qeydə alınmış ən güclü qasırğa ötən həftəsonu Ficidə azı 29 nəfərin həyatına son qoyub. GaundemXeber.az azadlıq.org-a istinadən bildirir ki, Uinston qasırğasının ən böyük zərbəsi Ficinin Koro adasına dəyib. Bu adada 4 min 500 nəfər yaşayır. Qasırğa adadakı, az qala, bütün binaları yerlə yeksan edib.
"Bütün kəndlər dağılıb, evlərə, məhsula ziyan dəyib, hazırda 8 mindən artıq insan 70 evakuasiya mərkəzinə sığınıb", - BMT-nin baş katibinin köməkçisi Stefen O'Brayan deyib.
900 min əhalisi olan Ficinin 100-dən çox adasında yaşayış var.
Baş nazir Voreqe Bainimarama qasırğanı "Ficiyə hücum" adlandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?