Türkiyənin Diyarbəkir vilayətində bir qrup PKK terrorçusu 10 nəfərdən ibarət digər təşkilat üzvlərinə qarşı sui-qəsd təşkil edib.
gundemxeber.az avropa.info-ya istinadən bildirir ki, ratsiya ilə təhlükəsizlik qüvvələri ilə əlaqə quraraq təslim olmaq istədiklərini bildirən və müəyyən olunmuş yerə gedən 10 nəfərlik qrup digər PKK terrorçuları tərəfindən hücuma məruz qalıb.
Diyarbəkirin Sur rayonunda mühasirəyə düşən 30 nəfərlik terrorçu qrupun on nəfəri polislərlə əlaqə quraraq Surun da sonunun Cizrə kimi olacağını və aldadıldıqlarını deyib təslim olmaq istədiklərini bildiriblər.
Daha sonra polis onların təslim olması üçün bir yer müəyyən edərək həmin on nəfərlik qrupun o yerə getməsini istəyir.
Amma təslim olmağa gedən 10 nəfərlik terrorçu qrup təslim olmaq üçün getdikləri yolda digər terrorçuların bombalı hücumuna məruz qalıb.
Hadisə zamanı təslim olmaq istəyən 10 nəfərlik qrupdan 5-i yerindəcə həlak olub, qalanları isə polisə təslim olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?