Terror Təşkilatı PKK-dan qaçaraq təhlükəsizlik qüvvələrinə 12 sentyabrda təslim olan G.C. adlı terrorçu qadın, təşkilata Avropadan gələrək qoşulan Fərat kod adlı terrorçunun Hakurk bölgəsində, uşaq yaşdakı bir terrorçu ilə yaşadığı sapıq intim münasibətə öz gözləri ilə şahid olduğunu qeyd edib.
Təşkilat içində uşaqların hər cür cinsi istismara məruz qaldığını etiraf edən terrorçu qadın, uşaqların zəifliyindən istifadə edildiyini, narkotikə alışdırıldığını, cinsəl təcavüzlərdən sonra edamla qorxudaraq qaçmalarına əngəl olmağa çalışıldığını, buna baxmayaraq imkan tapanların ölümü gözə alaraq qaçdıqlarını, bu yolda edam edilənlər olduğunu da söyləyib.
ÖZ GÖZLƏRİMLƏ GÖRDÜM
G.C adlı PKK-çı qadın, Hakurk bölgəsində B.A. adlı bir terrorçunun uşaq yaşdakı bir qıza təcavüz etdiyini gördüyünü və zülmün insanlığın qaldıra bilməyəcəyi bir nöqtəyə çatdığını dərk etdiyi üçün qaçdığını və təslim olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?