"Rusiya tərəfdən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir".
Virtualaz.org xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rusiya Ermənistanla müttəfiq münasibətlərə malikdir. Bu ölkəylə həmçinin hərbi-texniki əməkdaşlığı da inkişaf etdiririk", - deyə M.Zaxarova bildirib.
O bu faktın Azərbaycanda anlayışla qəbul ediləcəyinə ümidvar olduğunu bildirib.
"Rusiya silah tədarükü məsələsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir, müvafiq qanunvericilikdə göstərildiyi kimi, ciddi ixrac nəzarəti sistemi çərçivəsində fəaliyyət göstərir", - deyə M.Zaxarova vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin qüvvəyə minməsiylə əlaqədar Rusiya XİN-ə nota ünvanlamışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?