Egey dənizində batan və dalğaların Türkiyənin Bodrum vilayətinin sahilinə vurub çıxardığı 3 yaşlı Aylan Kurdinin heykəli yaradılıb.
"Until the Sea Shall Him Free" adlı heykəlin müəllifi fin heykəltaraş Pekka Yulhadır.
Milli.Az European-a istinadən bildirir ki, heykəl Helsinkidəki sərgidə nümayiş olunur.
Aylanın atası, Suriya vətəndaşı Abdulla Kurdi suriyalı miqrantların Aralıq dənizindən keçirilərək Yunanıstana rezin qayıqlar vasitəsilə göndərilməsini təşkil edən şəxslərdən biri sayılır.
Bunu balaca Aylanın anası Reyhan və qardaşı Qalibin mindirildiyi, sonra Egey dənizində çevrilərək batan rezin qayıqlara miqrant "axın"ını təmin edən Mühfik Alabaş və Asim Əlfərid deyiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?