Rusiyanın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyi ilə bağlı yayılan məlumat zarafat olmalıdır. Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, səfirliyin sözügedən şəhərə köçürülməsi təhlükəsizlik məsələləri ilə bağlı ciddi problemləri ortaya çıxaracaq. Qeyd edək ki, İsrailin Rusiyadakı diplomatı Qari Koren ABŞ səfirliyinin Qüdsə köçürülməsi planından Vaşinqtonun məmnun olduğunu bildirərək, Rusiyanın da eyni addım ata biləcəyini irəli sürmüşdü.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?