Suriya kürdlərinin liderləri ölkənin şimalnda federal region elan ediblər.
Suriya hökuməti və müxalifət koalisiyası dərhal bunu rədd ediblər.
Qərar martın 17-də kürd, ərəb və türkmən liderlərin iştirakı ilə Rmeilan şəhərində keçirilən görüşdə elan edilib.
Bu bardə toplantının hazırlıq komitəsinin üzvü Aldar Khalil məlumat yayıb.
Suriya Dövlət İnformasiya Agentliyi kürd nümayəndə heyətinin qəbul etdiyi bu qərarın hüquqi qüvvəsi olmadığını bildirib və bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.
Həmçinin müxalifətdə olan Milli Koalisiya Suriya xalqının iradəsinə zidd olan istənilən subyekt, region və administrasiya yaradılmasına qarşı çıxdığını bəyan edib.
Kürd siyasətçilər deyir ki,onlar bu addımı Suriya ilə bağlı sülh danışıqlarından çıxarıldıqlarına görə atıblar.
5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?