Türkiyə, İraq və Suriya ərazisində kürd dövləti qurulur
gundemxeber.az ABŞ kəşfiyyatının yaydığı yeni hesabatda 2030-ci ilədək indiki Türkiyə, İraq və Suriya ərazisində kürd dövlətinin qurulacağı barədə məlumatlar yer alıb. AzNews.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Şurasının yaydığı hesabatda bildirilir. Hesabtda qeyd olunur ki, Türkiyədə məskunlaşan kürdlər bu dövlətin ərazi bütövlüyünə ciddi təhdid və təhlükə törədirlər. Hesabatda deyilir: “Kürdüstan adlanan “yeni dövlət”in suverenliyinin əldə olunması üçün hazırda gizli planlar həyata keçirilir. Kürdlər öz dövlətlərinin qurulması üçün hazırda Suriyada baş verən hadisələrdən yararlanmağa çalışırlar. Belə ki, kürdlər Suriyada müxalifətin Bəşər Əsəd rejiminə qarşı mübarizəsindən istifadə edərək iqtidara gəlmək və bununla da Suriya dövlətini parçalamaq istəyirlər. Digər tərəfdən isə kürdlər İraqın mübahisəli ərazilərinə də iddialıdırlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?