Rusiyanın Xəzər donanması Həştərxan, Mahaçqala və Kaspiysk şəhərlərində antiterror təlimləri təlimləri keçirib.
gundemxeber.az oxu.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti-yə Rusiya Hərbi Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən məlumat veriblər.
"Təlimlərə 300-dən çox hərbi qulluqçu, 20-yə yaxın hərbi gəmi, kater və təchizat gəmisi, eləcə də Xəzər donanmasının 10 vahidə yaxın silah və hərbi texnikası cəlb olunub", - məlumatda bildirilir.
Təlimin şərtlərinə uyğun olaraq, terrorçular hərbi hissənin nəqliyyat vasitəsini ələ keçirərək nəzarət-buraxılış məntəqəsindən (NBM) hərbi şəhərciyin ərazisinə daxil olmaq istəyirlər. NBM-in şəxsi heyəti müdafiə mövqeyi tutaraq, yaraqlıları hərbi hissəyə buraxmır və həyəcan siqnalı ilə terror əleyhinə taktiki qrup ayağa qaldırılır. Onlar terrorçuları mühasirəyə alır və məhv edirlər.
Həmçinin təlimlərdə hərbi və mülki heyətinin hərbi hissələrin ərazisində partlayıcı qurğuları aşkarlandıqda onları zərərsizləşdirmək üzrə hazırlıq keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?