Yəməndə Husilərin Ali İnqilab Şurasının sədri Məhəmməd Əli el-Husi Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın uşaqlarının tələb etdiyi və ya razılıq verdiyi təqdirdə əsirlərin mübadiləsi çərçivəsində Səudiyyə Ərəbistanından Qaşıqçı-nın cəsədini istəyəcəklərini açıqlayıb.
Məsələ ilə əlaqədar ölkələrdən əsir mübadiləsi aparılmadan onlara məlumat verməsini istəyən Husi, əllərində Səudiyyə Ərəbistanlı əsirlərin olduğuna işarə edib. Səudiyyə Ərəbistanı rəhbərliyidəki koalisiya qüvvələrinin əməliyyatlarına diqqəti çəkən Husi, "Məsələ insanidır. Xalq, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və onların Yəməndəki müttəfiqlərinin təşkil etdiyi hücumlarla yanaşı, işlədikləri beynəlxalq və insan haqları pozuntuları səbəbilə çox pis günlər yaşadı" deyib. Qeyd edək ki, İsveçdə dünən başa çatan danışıqlarda tərəflər arasında 16 min əsirə dair siyahılar qarşılıqlı olaraq təqdim olunub. Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə 20 yanvarda əsir mübadiləsi əməliyyatının həyata keçirilməsi gözlənilir./Müxalifət.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?