Rusiyalı jurnalist və səyahətçi Aleksandr Rubin Azərbaycanın işğal altındakı bölgəsinə - Dağlıq Qarabağa qanunusuz səfər edib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Yaxın Şərq, Ukrayna və Qafqaz regionundakı etnik qarşdurmaları işıqlandıran Rubin Qarabağ haqda geniş reportaj hazırlayıb.
Reportajda Şuşa haqda təəssüratlarını bölüşən jurnalist bunları yazıb:
“1992-ci ilin may ayında Qarabağ qüvvələri Şuşanı aldılar. Şəhər əsaslı şəkildə dağılıb. Yeganə asfalt çəkilən yol mərkəzi küçədə yerləşir. Çoxmərtəbəli binalar və həyət evləri dağıntı içindədir. Rus rəssamı Vasili Vereşaqinin vaxtı ilə tərənnüm etdiyi qədim məscidlər isə qismən dağılıb. Məscidin ətrafındakı evlər ya dağılıb, ya da tərk edilib – vaxtı ilə onlarda azərbaycanlılar yaşayırdılar. Bu gün şəhərdə 5 mindən çox insan yaşamır. Vəziyyət gərginləşəndə təmas xəttində yaşayan sakinlər Şuşaya axışır”.
Aleksandr Rıbin 1983-cü ildə Kalinin vilayətinin Kimrı şəhərində anadan olub. Rusiyanın bir çox mətbuat orqanları ilə əməkdaşlıq edib və bir çox publisitik mükafatların qalibi olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?