Rusiyanın Çelyabinsk vilayətində "Yak-52" tipli idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Report-un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Ural regional mərkəzinin nümayəndəsi xəbər verib. Təyyarə Kalaçevo aerodromundan 8 kilometr aralıda yerə düşüb. Nəticədə pilot və sərnişin ölüb. Həlak olmuş sərnişinin kimliyi araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?