Qazaxıstanın "Azem" aerodromunda "Texnam 2002" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Gündəm xəbər report-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Mülki Aviasiya Komitəsi məlumat yayıb. Qəza nəticəsində təlimçi-pilot və kursant ölüb. Təyyarə Mülki Aviasiya Akademiyasına məxsus imiş. Hava limanı Almatı şəhərindən 43 km aralı yerləşir. Məlumata görə, hadisə "Texnam 2002" təlim-məşq tapşırığı uçuşunu icra edəndən sonra baş verib. O, aerodromdan 2 km aralıdakı əraziyə düşüb.
Sorğu
Yeni dizaynımız necədir?