Rusiya Kommunist Partiyasından (KPRF) olan deputatlar – Valeri Raşkin və Sergey Obuxov ölkənin xarici işlər və müdafiə nazirlərinə müraciət ünvanlayıb. Rusiya qaynağının verdiyi xəbərə görə, müraciətdə Lurdesdəki (Kuba) Radio Ələkeçirici Mərkəzin işini bərpa etmək və Rusiyanın KTMT üzrə müttəfiqlərini qoruması üçün Kubada raket kompleksləri yerləşdirmək təklif edirlər.
Deputatlar öz təkliflərini ABŞ-ın Türkiyənin cənub-şərqində gələn ay yeni havadan müdafiə sistemi olan HİMASR kompleksi yerləşdirməyə hazırlaşması ilə əlaqələndiriblər. “Qeyd eləməyə dəyər ki, bu silahların taktiki-texniki xarakteristikası hər şeydən əlavə, 500 km-dək radiusda uça biləcək raketlərdən istifadə imkanı verir. Beləcə, Rusiyanın KTMT üzrə müttəfiqləri, ilk növbədə də Ermənistan üçün potensial təhlükə yaranmış olur” – deputatlar qeyd edib.
Onların sözlərinə görə, bu üzdən Moskvanın öz maraqlarının müdafiəsi üçün cavab tədbirləri görməsi vacibdir. “Söhbət ilk növbədə Rusiyanın analoji qurğularının və hətta daha böyük radiusda Kubada yerləşdirilməsindən gedir. Bundan əlavə, Vaşinqtona assimetrik zərbə vurmaq üçün Lurdesdəki radioelektron mərkəzin bərpası da məqsədəuyğun görünür” – kommunist deputatlar yazıb və onu da qeyd ediblər ki, belə bir qərar keçmiş SSRİ ilə Kuba arasında qüvvədə olan müqavilə çərçivəsində reallaşa bilər.
Kommunist parlamentarların iddiasına görə, vaxtilə Karib böhranı zamanı məhz ABŞ-ın hərəkətlərinə SSRİ-nin sərt cavabı nəticəsində böhranı qarşılıqlı güzəştlər yolu ilə həll eləmək və faktiki, Vaşinqtonu Türkiyədə raketlər yerləşdirməkldən çəkindirmək mümkün olub. Onlar hesab edirlər ki, 2002-ci ilə Lurdesdəki Rusiya bazasının bağlanması Kubaya münasibətdə və Rusiyanın milli maraqları baxımından tələsik və ədalətsiz qərar olub.
“İndi – Rusiyanın dünyada özünü superdövlət kimi göstərdiyi vaxtda ölkəmiz öz müttəfiqləri ilə hərbi və iqtisadi əlaqələri aktiv bərpa eləməlidir. Bu sıraya isə ilk növbədə qardaş Kuba Respublikası aiddir” – deputatlar müraciətin sonunda bildiriblər.(Muasavat.com)
Sorğu
Yeni dizaynımız necədir?