PA rəhbərinin əməllərinin araşdırılması üçün prezidentə müraciət olundu
1990-1995-ci illər Azərbaycan parlamentinin deputatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi Kommunist Partiyasından keçmiş həmkarları ilə şəxsi məsələlərini həll etməkdə ittiham ediblər. Söhbət 80-ci illərin sonlarında onu Azərbaycan KP MK-nın ideologiya üzrə katibi vəzifəsindən kənarlaşdıran şəxslərdən gedir Mehdiyev kadr siyasətində yerlibazlığa (naxçıvanlaşdırma), qohumbazlığa görə istefaya göndərlimişdir. Keçmiş deputatlar hesab edirlər ki, sonrakı çağırışlarda olan deputatların aldığı 1 min manata yaxın təqaüdün onlara da təyin edilməsinə məhz Mehdiyev mane olur. Eks-deputatlar dünən axşamı keçirdikləri toplantıda “Gülərgeyt” korrupsiya qalmaqalı zamanı Mehdiyevə qarşı irəli sürülmüş ittihamlar üzrə xidməti və cinayət təhqiqatı aparmağa çağırıblar. Keçmiş deputatlardan biri qeyd edib ki, Mehdiyevin işinin diqqətlə araşdırılması onun yüksək vəzifə sayəsində gizlədə bildiyi çox şeyin üstünü açacaq. Bununla əlaqədar olaraq keçmiş deputatlar prezident İlham Əliyevə xüsusi məktubla müraciət etməyi lazım bilirlər. Eks-deputatlar hesab edirlər ki, qarşıda duran prezident seçkiləri böyük sosial problemə diqqət cəlb etmək üçün əlverişli şərait yaradacaq. Keçmiş deputatların daim fəaliyyət göstərən yığıncağı qanuni tələblərinin təmin edilməsi, AR bütün kateqoriyalara aid təqaüdçülərin sosial hüquqlarının müdafiəsi üzrə işi fəallaşdırmağı zəruri hesab edir. “Xəbər xidməti”
Sorğu
Yeni dizaynımız necədir?