ABŞ Dövlət Departamenti İrana Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərlə bağlı başsağlığı verib. APA-nın “Asrİran” saytına istinadən məlumatına görə, bu barədə departamentin rəsmi nümayəndəsi Patrik Ventrell açıqlama verib. Qeyd edək ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də yerin 12 km dərinliyində Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanında da hiss olunub. İndiyədək ərazidə 90 təkrar təkan qeydə alınıb. Hadisə nəticəsində 39 nəfər ölüb, 850 nəfər yaralanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?