Almaniyada son dönəmdə ölkəyə gələn yüz minlərlə gəncin cəmiyyətə inteqrasiya olunması üçün "flirt kursları" (el arasında buna sevgili olmanın yolları da deyilir - red.) açılıb. Alman hökumətinin dəstəklədiyi kurslarda kişi miqrantlara qadınlara necə yaxınlaşmaq lazım olduğunu öyrədirlər.
gundemxeber.az musavat.com-a istinadən bildirir ki, ilk mərhələdə İnqolştadt, Neuburq, Eyştat şəhərlərində açılan kurslarda miqrantlara eyni zamanda bəsit gigiyena qaydaları, gənc qadınlara müraciət formaları da öyrədilir. Kursun ən maraqlı dərsi isə miqrantlara "yox" sözünün həqiqətən də yox mənasına gəlməsi ilə bağlı olub.
Almaniyada yayımlanan Bayerischer Rundfunk televiziyası isə kursa baş çəkib və oradan reportaj yayımlayıb. Kursun müəllimlərindən biri, cinsi tərbiyə barədə mühazirə keçən Kristian Zeç bildirib ki, onların vəzifəsi özlərini miqrantlardan qorumaq yox, onlarla birgə yaşamağın yollarını axtarmaqdır. Onun sözlərinə görə, bir çox qaçqın qadınlara necə yaxınlaşacağını bilmir. Müəllimlərin kişi miqrantlara verdiyi əsas məsləhət isə budur: "Yavaş-yavaş, addım-addım irəliləyin. Çox israrçı olmayın. Qadından xoşunuz gəlir deyə dərhal üstünə hoppanmayın".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?