GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia

Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia

Tarix: 11-05-2016, 11:52 Bölmə :Dünya / Manşet Baxış: 0
Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia

Türkiyə siyasətində aysberqin görünməyən tərəfi; Baş nazirin istefasını zəruri edən ilginc səbəblər barədə; Əhməd Davudoğlunun siyasətdən də getmək niyyəti əlavə suallar doğurub; Ankara-Moskva münasibətlərində ilıqlaşma gözlənilirmi?..
Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefası məsələsi ətrafında müzakirələr davam edir. Artıq AKP-nin 22 may növbədənkənar qurultayı ərəfəsində yeni baş nazir postuna adlar da hallanır. Onların sayı hələlik 7-dir. Ancaq müşahidəçilər əmindir ki, Davudoğlunun xələfi ondan xeyli zəif bir fiqur olacaq və faktiki, prezident Rəcəb Tayyib Ərdoğanın kölgəsində qalacaq.

Səbəblər barədə müəyyən mülahizələr artıq səslənib. Aparıcı motiv budur ki, Ərdoğan güclü xarizmatik lider olaraq, ölkənin şəriksiz liderliyinə iddialıdır və partiyadaşı olsa belə, yanında ikinci güclü fiqurun olmasını arzulamır. Təsadüfi deyil ki, baş nazir olanda da Ərdoğanın yanında zəif prezident Abdulla Gül idi. İndi özü prezident ikən yenə zəif və “sözə baxan” baş nazir arzusundadır.

Məsələni aktual edən detallardan biri də şübhəsiz ki, cənab Davudoğlunun personası, yəni prezident Rəcəb Tayyib Ərdoğan yanında yetərincə onun müstəqil statusa, geniş manevr imkanların malik olmasıdır. Bütün hallarda Ə.Davudoğlunun baş nazirlikdən və maraqlıdır ki, həm də siyasətdən getməyə hazırlaşması Türkiyə daxili və xarici siyasətində hansısa mərhələnin qapanmaq üzrə olması qənaətini yaradır.


Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia


Bu xüsusda Davudoğlunu istefaya vadar edən daha bir qiymətli məqama toxunmaq yerinə düşər. Sirr deyil ki, indiki baş nazir prezident Ərdoğanla müqayisədə həmişə Kremlin daha güclü hədəfində olub. Vurulan “Su-24" təyyarəsinə görə ötən ilin noyabrın 24-dən kəskinləşmiş Moskva-Ankara münasibətlərini nəzərdə tuturuq. Davudoğlunun istefasına aparan daha bir səbəb kimi bu detal da diqqətə alınmağa layiqdir, bizcə.

Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia

Məlumdur ki, həmin insidentə görə Əhməd Davudoğlu baş nazir kimi məsuliyyəti şəxsən öz üzərinə götürmüş, hətta “vur” əmirini özünün verdiyini bəyan eləmişdi. Düzdür, prezident Ərdoğan da Türkiyə Hava Qüvvələrinin addımını müdafiə eləmişdi, lakin tezliklə o, situasiyanı yumşaltmağa çalışmış, bir neçə dəfə üzrxahlığa yaxın formada “belə olmasını heç istəməzdik” söyləmiş, Moskvaya barışıq təklifləri eləmişdi. Sonuncu belə bir barışıq jestini o, Vaşinqtonda olarkən dilə gətirmişdi.

Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia


Ancaq Rusiyanın sərt reaksiyasına səbəb olan “Su 24" insidenti ilə bağlı indi də, o vaxt da ən prinsipial və güzəştsiz mövqe sərgiləyən yeganə və ən yüksək çinli Türkiyə rəsmisi Davudoğludur. Bu amil sözsüz ki, Kreml rəhbərliyinin diqqətindən yayına bilməzdi. Üstəlik, münasibətlərin kritik olduğu dönəmdə baş nazir Bakıya səfəri zamanı da çox sərt və Moskvanı qəzəbləndirən mövqe ortaya qoymuşdu. Əhməd Davudoğlunun Bakıda Qarabağla bağlı Azərbaycana hər cür dəstək vəd eləməsi şimal qonşumuzda başqa yandan qıcıq yaratmışdı.

***
Ayrı sözlə desək, təyyarə insidentinə görə pozulmuş münasibətlərdə Davudoğlu amili daim özünəməxsusluğu ilə seçilib yazsaq, yanılmarıq. Bir daha vurğulayaq ki, istefada Ərdoğan-Davudoğlu münasibətlərinin mərkəzdə durması fikri aparıcı olaraq qalır. Ancaq siyasətin aysberq kimi geniş ictimaiyyətə görünməyən, “suyun altında qalan” tərəfi də var. Nədən söhbət gedir?

Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia

Əlbəttə ki, Ərdoğan həmişə bunun da fərqində olub ki, Moskva 24 noyabrdan sonra Davudoğlunun personasına onun özü ilə müqayisədə daha qıcıqlı yanaşır. İstisna deyil ki, baş nazirin “qurban verilməsi”ndə bu faktor özəl təsir göstərib. Bəzi iddialara görə, iki ölkənin barışığı yönündə zaman-zaman aparılan konfidensial danışıqlarda da Davudoğlunun prinsipiallığı tormozlayıcı rol oynayıb.

Barışığa yönəlik danışıqlar, ikitərəfli komissiyaların işləməsi barədə “Yeni Müsavat” olaraq zamanında yazmışıq və hətta prosesin içində Azərbaycan amilinin də rol aldığını qeyd eləmişik. Məsələn, 4 fevral tarixli “Rusiya və Türkiyə anlaşma üzrə - gizli Azərbaycan faktoru..” sərlövhəli yazısında vurğulamışdıq: “Bu xüsusda əldə elədiyimiz və olduqca şok effektli, dəqiq, eyni zamanda da mötəbər bilgilərə görə, üzümüzə gələn günlərdə böhran yaşayan Rusiya-Türkiyə münasibətləri üzdəki gərginliyə rəğmən, düzələcək. Özü də təmaslarda və vasitəçilikdə Azərbaycan faktorunun da yer aldığı deyilir. O da bildirilir ki, təmaslar artıq bitmək üzrədir və qısa zamanda hər şey yoluna qayıdacaq. ”Təbii ki, bunu Qərb istəmir. Amma hər iki ölkənin hökumətləri yaxşı anlayır ki, savaş Rusiya və Türkiyə dövlətləri və xalqlarına yalnız fəlakət gətirəcək və nəticə etibarilə “üçüncü qüvvə” yaranmış vəziyyətdən ən çox siyasi və iqtisadi divident götürəcək" - əlavə edib mötəbər mənbə. Təbii ki, “üçüncü qüvvə” dedikdə ABŞ və Avropa Birliyi, daha çox da Birləşmiş Ştatlar nəzərdə tutulur. Çünki Moskva və Ankaranın noyabrın 24-dək bütün sahələr üzrə isti səciyyə daşımış münasibətləri, qardaş ölkənin Kremlə qarşı iqtisadi sanksiyalara qoşulmaması və regionda daha müstəqil siyasət yürütməsi Qərbin bölgəyə yönəlik strateji hədəfləri ilə düz gəlmir".

Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia


Lakin bəllidir ki, gözləntilər doğrulmadı. Bunun da əsas səbəbi kimi anlaşma əldə olunmaq ərəfəsində baş nazir Əhməd Davudoğlunun Türkiyədəki mitinqlərin birində etdiyi və münasibətləri daha da gərginləşdirən çıxışı göstərilir. Həmin çıxışda o, Rusiyanın, Pitinin ünvanına növbəti sərt ifadələr işlədərək, anlaşma ilə bitmək üzrə olan bir prosesi sıfırlamış, bununla Ərdoğanın da siyasi kursu əleyhinə getmişdi.

Əlavə edək ki, Rusiya siyasi çevrələrində Davudoğlu Ərdoğanla müqayisədə daha çox “Amerikanın və Avropanın adamı” sayılır və belə hesab edilir ki, Qərb məhz onun əli ilə Ankara-Moskva barışığına əngəl yaratmağa çalışır.

***
Yəni baş nazirin “başını” əslində Putin də istəyə bilərdi - münasibətlərdəki gərginliyi heç olmasa, ölü nöqtədən çıxarmaq naminə. Sadəcə, bu istək Ərdoğanın cari siyasi maraqları ilə də üst-üstə düşür. Davudoğlunun baş nazirliklə yanaşı, siyasətdən də getmək qərarı bu yöndə təxminləri gücləndirir ki, zəiflətmir.

***
Rusiya-Türkiyə yaxınlaşması isə indi heç vaxta olmadığı qədər hər iki tərəf üçün güclü imperativə çevrilib. Əgər Rusiya üçün bu barışıq ilk növbədə getdikcə ağırlaşan iqtisadi durum və Qərbin izolyasiyasının siyasi-iqtisadi təsirlərini azaltmaq səbəbi ilə zəruri görünürsə, qardaş ölkə daha çox iqtisadi maraqlar və artıq başlamış turizm mövsümünə görə buna ehtiyac duyur. Çoxmilyardlıq Akkuyu AES-in inşası, “Türk axını” kimi layihələrin donunun açılması zərurəti də öz yerində.

Davudoğlunun “başı”nı Putin istəyib – şok iddia


Davudoğlunun qəfil istefası isə rus pilota atəş açdığı deyilən “boz qurdçu”nun həbsinin ardınca Ankaradan Kremlə ikinci xoşməramlı jest təəssüratı yaradır. Bu jest-mesajlar Rusiyanın “könlünü almaq” üçün kifayət edəcəkmi? Söyləmək çətindir.

Bu yerdə onu da yada salaq ki, Rusiya rəsmilərindən biri demişdi ki, Davudoğlunun istefası Ankara-Moskva münasibətlərinin durumuna ciddi təsir etməyəcək, çünki “Türkiyə siyasətinin başında hələ ki Ərdoğan dayanır”. Hərgah, Davudoğlu mövzusuna Moskva hələ ki ən yüksək səviyyədə reaksiya bildirməyib.

Bir şeyi dəqiqliklə söyləmək olar ki, güclü baş nazirin gedişindən sonra Rusiya-Türkiyə münasibətlərinə cavabdehlik Ankara tərəfdən müstəsna olaraq prezident Ərdoğanın üzərində qalacaq və onun manevr imkanları bir qədər daralmış olacaq. Yaxşıdır, yoxsa pis - bunu zaman göstərəcək.

Analitik xidmət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Davudoğlunun baş nazir olması Azərbaycana xeyirdi

    Davudoğlunun baş nazir olması Azərbaycana xeyirdi ...

    25-08-2014, 10:49

  • 
  • Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib

    Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib ...

    19-09-2019, 11:54

  • 
  • Ərdoğan Davudoğlunu niyə “vurdu”?

    Ərdoğan Davudoğlunu niyə “vurdu”? ...

    5-05-2016, 15:03

  • 
  • Ərdoğanın rəqibi: “Davudoğlunun istefası saray çevrilişidir”

    Ərdoğanın rəqibi: “Davudoğlunun istefası saray ...

    6-05-2016, 01:46

  • 
  • Davudoğlunun çıxından əvəəl tribuna dağıdıldı

    Davudoğlunun çıxından əvəəl tribuna dağıdıldı ...

    14-09-2014, 15:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu