Türkiyənin Söğüt mahalında bu il 733-cüsü təşkil edilən Ərtoğrul Qazini anma və Yörük Şənliklərində xoşagəlməz hadisə yaşanıb.
Türkiyənin yeni Baş naziri Əhməd Davutoğlu və MHP başqanı Dövlət Baxçalının da qatıldığı mərasimdə səhnəyə çıxan bir adam kürsünü dağıdıb.
Elchi.az xəbər veriri ki, Dövlət Bağçalının çıxışı tamamlandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın məktubu oxunub.
Aparıcının anonsu əsnasında səhnəyə çıxan bir adam mikrofonu ondan alaraq kürsünü dağıdıb. Hadisə çıxaran şəxsin BBP başqanı Mustafa Desticiyə çıxış verilməməsinə əsəbliləşdiyi məlum olub.
Qorumalar dərhal müdaxilə edərək etirazçını səhnədən endirib. Bu əsnada başqa bir şəxsin səhnədəki səs gücləndiricini yerə atdığı müşahidə olunub.
Söğütdəki mərasimdə daha sonra Baş nazir Davutoğlu çıxış edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?