GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Canlı yayımda Türkiyənin yeni baş nazirinin adı açıqlandı – VİDEO

Canlı yayımda Türkiyənin yeni baş nazirinin adı açıqlandı – VİDEO

Tarix: 11-05-2016, 12:27 Bölmə :Dünya Baxış: 0
Canlı yayımda Türkiyənin yeni baş nazirinin adı açıqlandı – VİDEO

«Haberturk» telekompaniyasının proqramlarının birində jurnalist Metehan Demir Türkiyənin bundan sonrakı ehtimal olunan baş nazirinin adını açıqlayıb

AKP-nin mayın 22-də keçiriləcək növbədənkənar Qurultayı barədə danışan Dəmir bu tədbirin təşkilində məsul olan şəxslərin ona bəzi təfsilatlar barədə məlumat verdiyini bildirib.

O, ölkənin baş nazir postuna ehtimal olunan namizədin ölkənin müdafiə naziri İsmət Yılmaz olduğunu bəyan edib.



BC Monitoring isə yazır ki, Ahmet Davutoğlunun istefasının ardınca hakim Ədalət və İnkişaf Partiyası (AKP) mayın 22-də yeni baş nazir təyin edəcək.

Bir çox şərhçilər hesab edirlər ki, Ahmet Davutoğlunun qəfil istefasının arxasında prezident Recep Tayyip Erdoğanın onun Avropa İttifaqı ilə bağladığı miqrant sazişinin şərtlərini rədd etməsi və özü üçün icraçı prezident səlahiyyətlərini durmadan tələb etməsi durur. Təhlilçilər bildirirlər ki, baş nazir postuna Erdoğana sədaqətli birisinin gələcəyi gözlənilir.

Binali Yıldırım
Nəqliyyat naziri Binali Yıldırım prezident Erdoğanla yanaşı AKP-nin təsisçilərindən biri olub.

O, 2002-ci ildən 2013-cü ilədək bütün AKP hökumətlərində nəqliyyat naziri vəzifəsini tutub. Yıldırım bu postdan bircə dəfə, 2014-ci ildə AKP-nin İzmir merliyinə uğursuz iddiasına rəhbərlik etmək üçün ayrılıb.

Erdoğanın “sağ əli” kimi tanınan Yıldırım açıq şəkildə bildirib ki, Erdoğana icraçı prezident səlahiyyətlərinin verilməsinin, ən azı onun AKP liderliyinə qayıtmasının tətəfdarıdır.

Davutoğlu ilə Yıldırım arasında gərginlik, sonuncu 2015-ci ildə yenidən nəqliyyat naziri təyin edildikdən sonra başlanıb. 2016-cı ilin aprelində keçirilmiş körpü açılışında Erdoğan, Davutoğlu və Yıldırım birlikdə olsalar da, nəqliyyat nazirliyinin bəyanatında baş nazirin adı çəkilməyib və Yıldırımın bu münasibətlə Twitterə yüklədiyi fotolardan Davutoğlu çıxarılıb.

Baş nazirin istefasından bir həftə əvvəl gərginlik yenidən artıb. Bu dəfə mətbuat konfransında çəkilən videolarda Yıldırımın Davutoğlunun yanında oturmaqdan imtina etdiyi görünür.

O, mayın 4-də Davutoğlunun Erdoğanla görüşü ərəfəsində prezidentin qəbulunda olmuş üç nazirdən biridir. Ertəsi gün Davutoğlu istefa verib.

Berat Albayrak
Berat Albayrak 2015-ci ildə parlamentə üzv seçildikdən dərhal sonra AKP nərdivanı ilə enerji naziri vəzifəsinədək bir meteor sürətilə yüksəlib. Təhlilçilər deyirlər ki, ailə bağları onun kareyerasına heç də mane olmayıb. Onun biznesmen atası Ahmet Yeni Şafak qəzetinin sahibidir, qardaşı Serhat isə bir sıra hökumətyönlü qəzetlərin və telekanalların sahibi olan Türküvaz Media Group şirkətinin icraçı direktorudur. Berat Albayrak həm də Erdoğanın böyük qızı Esraya evlidir.

Onun enerji naziri təyin edilməsi ərəfəsində artan nüfuzunu belə bir hadisə də təsdiq edirdi ki, o Antalyada keçirilən G20 sammitində prezident Erdoğanın Barack Obama ilə danışıqlarında iştirak edəcək nüfuzlu nümayəndə heyətinin tərkibinə daxil edilmişdi.

Türkiyə mediasının şərhçiləri onu baş nazirliyə mümkün namizəd sayırlar, hərçənd təcrübəsi və AKP sıralarında nüfuzu o qədər də böyük deyil.

Bekir Bozdağ
AKP-nin yaradıcılarından biri olan ədliyyə naziri Bekir Bozdağ 2011-ci ildə baş nazirin müavini təyin edilib.

Bozdağ icraçı prezidentlik üsul-idarəsinin qızğın müdafiəçisidir və deyir ki, bu, ölkədə “sabitliyin saxlanması” üçün zəruridir.

Jurnalistlərin məhkəmədən əvvəl həbsxanada saxlanmasının əleyhinə olan Davutoğludan fərqli olaraq, Bozdağ 2016-cı ilin yanvarında jurnalistlərin həbsdən azad edilməsinə dair Konstitutisya Məhkəməsi qərarını pisləyən Erdoğanı dəstəkləyib.

Aprel ayında buna bənzər başqa bir epizodda prezident Erdoğan “terror dəstəkçilərinin” toxunulmazlığının ləğvi barədə yeni qaydalara çağırış edib. Davutoğlunun hökumətin belə bir qanunvericiliyi təklif etmək fikrində olmadığı barədə açıq bəyanatına baxmayaraq, Bozdağ “biz əlbəttə, bunun üzərində işləyəcəyik, çünki bu, prezidentin istəyidir” deyib.

Efkan Ala
Baş nazir Erdoğan daxili işlər naziri Efkan Alanın karyerasını onu 2007-ci ildə özünə müavin etməklə möhkəmləndirib.

O vaxtdan bəri Erdoğan ona bir sıra mühüm vəzifələr həvalə edib.

Ala Erdoğanın silahlı separatçı Kürdüstan Fəhlə Partiyası – PKK ilə münaqişənin çözümü üçün yaratdığı Milli Birlik və Qardaşlıq Layihəsində aparıcı rol oynayıb.

Ala bu konvensiyanı 2013-cü ildə, prezident o hələ parlament üzvü olmadan onu daxili işlər naziri təyin edəndə tərk edib. Onun təyinatı bir neçə nazirə qarşı korrupsiya iddiaları ilə bağlı hökumət yerdəyişmələrinin bir hissəsi idi. Ala bu vəzifəyə təyin edilən kimi prezident Erdoğanın “xarici qəsd” kimi damğaladığı təhqiqatı aparan 70-dək polis işçisini vəzifələrindən qovub. Ala da Binali Yıldırım kimi Davutoğlunun Erdoğanla son görüşündən əvvəl prezidentin yanına gedən üç nazirdən biri olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Türkiyənin yeni baş naziri ilk çıxışında insanları belə güldürdü - Video

    Türkiyənin yeni baş naziri ilk çıxışında ...

    20-05-2016, 00:17

  • 
  • Binali Yıldırım Azərbaycana gəldi

    Binali Yıldırım Azərbaycana gəldi ...

    3-06-2016, 15:56

  • 
  • AKP-yə yeni sədr, Türkiyəyə baş nazir - Bu gün qurultaydır

    AKP-yə yeni sədr, Türkiyəyə baş nazir - Bu gün ...

    22-05-2016, 11:20

  • 
  • AKP fövqəladə qurultay keçirir: Erdoğan yenidən partiya sədri ola bilər

    AKP fövqəladə qurultay keçirir: Erdoğan yenidən ...

    21-05-2017, 15:07

  • 
  • Bu gün Türkiyənin hakim partiyası qurultay keçirəcək, Ərdoğan çıxış edəcək

    Bu gün Türkiyənin hakim partiyası qurultay ...

    24-03-2021, 10:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu