Türkiyədə prezident Recep Tayyip Erdoğanın yenidən AKP sədri seçiləcəyi 3-cü fövqəladə qurultay keçirilir.
Prezident Erdoğan qurultayın keçirildiyi salonun qarşısında toplaşanlara bildirib: "Texniki bir ayrılığımız var idi, amma bu gün yenə sizlərləyəm." 16 Apreldə keçirilən referendumda 51.4 faiz ilə qəbul edilən konstitusiya dəyişikliyi nəticəsində "Prezident seçilən şəxsin partiyası ilə əlaqəsi kəsilməlidir" müddəası konstitusiyadan çıxarılıb. Mayın 2-də o yeniden AKP üzvlüyünə qəbul edilib. 2019-cu ildə keçiriləcək ümumi və prezident seçkilərini xatırladaraq prezident Erdoğan onu da bildirib ki, "çox çalışaraq, üzərimizdəki şaiyələrin cavabını sandıqda verərək məhv edəcəyik". Dəyişikliklər üçün 470 min nümayəndənin səs verməsi lazımdır. Sərt təhlükəsizlik tədbirləri altında Türkiyə və AKP bayraqları tutan zaldakı kütlənin tez-tez "Recep Tayyip Erdoğan" dediyi eşidilir, BBC Türkcə yazır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?