GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Obama medianı necə idarə edir? - Pərdə arxasındakı adam: Ben Rods və onun "müharibə otağı"

Obama medianı necə idarə edir? - Pərdə arxasındakı adam: Ben Rods və onun "müharibə otağı"

Tarix: 11-05-2016, 18:22 Bölmə :Dünya Baxış: 0
Obama medianı necə idarə edir? - Pərdə arxasındakı adam: Ben Rods və onun "müharibə otağı"

Obamanın xarici siyasət üçün nəzərdə tutulmuş mətnlərini yazan və siyasi qərarlar almasında vacib rol oynayan şəxs kimdir?

“New York Times”ın jurnalisti Devid Samuelsin qələmə aldığı, Obamanı və ABŞ mediasını idarə edən bu şəxsin şəxsiyyəti və kütləni idarəetmə metodları haqda məqaləni təqdim edir.

ABŞ prezidenti Obamanın beynəlxalq təhlükəsizlik əlaqələri üzrə nümayəndəsi Ben Rods son bir həftədir ki, ölkə mətbuatının gündəmindədir. “New York Times”ın jurnalisti Devid Samuels Rodsu təsvir edən uzun bir yazı yazıb. Samuels öz yazısında Rodsu “Obamanın xarici siyasətinə istiqamət verən tək və ən təsirli şəxs” adlandırıb.

Rods jurnalist Samuelsin iddia etdiyi kimi ABŞ-ın xarici siyasətində qərar verən şəxsdir, yoxsa sadəcə Obama tərəfindən təyin edilən siyasətin ictimaiyyətə sırınması vəzifəsini icra edir?

Obamanın xarici siyasətinin ictimaiyyətə sırınmasına gəldikdə, Rods ən önəmli fiqurlardan biri kimi önə çıxır. Xüsusilə, 2015-ci ildə İranla bağlanan və müzakirələrə səbəb olan nüvə müqaviləsində Rods vacib rol almışdı.

İran müqaviləsi ABŞ xalqına necə sırındı?

Samuels Rodsun İran müqaviləsini ABŞ xalqına təqdim etməsi və sırınması şəklini “islahatçı kampaniya” kimi dəyərləndirir, xarici siyasətin Konqres və xalqa izah edilməsi baxımından gələcək hakimiyyətlərə nümunə kimi göstərir.

Amerikalıların İranla bağlanan müqavilə haqda oxuduqları bütün xəbərlər müqaviləni sırınması üçün istehsal olunmuşdu. Xəbərlərdə Obama hakimiyyətinin 2013-cü ildə seçkilərlə hakimiyyətə gəlmiş “mülayim İran siyasətçiləri” ilə görüşməsi mövzusuna geniş yer verilirdi. Bu hadisədəki şəxslər nə qədər real və doğru idisə də, baş verən hadisələr ictimaiyyətə yanlış və tərəfli şəkildə çatdırılırdı.

Birgə Hərəkət Planının fəaliyyətə başlamasından sonra Rods ABŞ hakimiyyətinin xarici siyasət məqsədləri və prioritetlərinin İranın maraqları ilə necə uzlaşmadırılması yollarını axtarmağa başladı. Rods “Bu məsələləri həll etmək üçün fərqli yollar tapa biliriksə, bu tərz münaqişə dolanbaclarında boğulmamağımız lazımdır” – deyir və əlavə edirdi ki, “ABŞ-dakı yəhudi lobbisi, İsrail hökuməti və Körfəz ölkələri bundan xoşlanmaz” kimi stereotiplərin öhdəsindən gəlməyimiz lazımdır. Düşmənlərimizlə münasibətləri inkişaf etdirməyin yolu budur”.

Rods İran müqaviləsinin hekayəsini belə çərçivələmişdi: İran müqaviləsinin təməlləri 2013-cü ildə qoyulmağa başlanıldı. Həsən Ruhaninin təmsil etdiyi “mülayim” qanad, son seçkilərdə rejimin “mühafizəkarlar” qanadını məğlubiyyətə uğratmış və “aşkarlıq” siyasəti aparacağını bildirmişdi. Bu yeni siyasət çərçivəsində qanunsuz nüvə silahı proqramına son vermək üçün müzakirələrə başlamaq imkanı yaranmışdı.

ABŞ prezidenti müqavilənin imzalandığı 14 iyul 2015-ci il təqdimetmə nitqində müqavilənin imzalanmasına gedən yolu belə təsvir etmişdi: “Bu gün iki il davam edən müzakirələrdən sonra ABŞ regional müttəfiqləri ilə birlikdə işləyərək on illərdir davam edən düşmənçiliyə qarşı bir uğur qazanmışdır”.

Obamanın nitqi texniki cəhətdən doğru görünsə də, tamamilə yanıldıcı idi. Belə ki, İran ilə aparılan müzakirələrin ən vacib hissəsi 2012-ci ilin ortalarında başlamışdı. O vaxtlar dini lideri Xamenei tərəfindən xüsusi şəkildə seçilib namizəd göstərilən Ruhani və “mülayim” qanad hələ hakimiyyətdə deyildi.

İranda yeni bir reallıq var idi və bu da Obama hakimiyyəti üçün olduqca əlverişli idi. İctimaiyyətə İran rejimində ciddi bir dəyişikliyin olduğu və idarəetmənin Amerika və qonşularla yaxşı münasibətlər saxlamaq istəyən “mülayim iranlılar”ın əlinə keçdiyi deyilirdi.

ABŞ hakimiyyəti İranın nüvə proqramı ətrafında mövcud olan narahatçılığa son verməklə iki ölkə arasında olan siyasi gərginliyə də son verəcəkdi və beləcə ABŞ Səudiyyə Ərəbistanı, Misir, İsrail və Türkiyə kimi müttəfiqlərinə möhtac olma asılılığından azad olmuş olacaqdı.

“Müharibə otağı”

İran müqaviləsinin Konqresə başa salınması və sırınması üçün Obama hakimiyyətinin 3 ay vaxtı var idi. Sabiq işçilər bu işin həll olunması üçün Ağ Evdə bir “müharibə otağı”nın yaradıldığını deyirlər. Bu otaqda Dövlət Departamenti, Maliyyə, Müdafiə, Energetik nazirliklərindən və ABŞ-ın BMT nümayəndələri və Beynəlxalq Təhlükəsizlik Şurasından 6 nəfər işləyirdi. Komandanın lideri şübhəsiz ki, Rods idi.

Rods müqaviləni “sülh və müharibə” arasında bir seçim olaraq göstərirdi ki, bu da xeyli işə yaramışdı. Rods müqavilənin xalq, elm adamları, ekspertlər, Respublikaçılar və Konqres üzərində təsirini izləmək üçün sosial şəbəkədə bir səhifə açdı. Bu səhifə vasitəsilə İran müqaviləsi ilə bağlı istənilən təsir effektini formalaşdıra bilirdi.

Rodsun sosial mediada işləməsi sadəcə yaxşı şəkildə planlaşdırmadan irəli gəlmirdi. O müzakirələrdə şəxsən iştirak etmiş və görüşləri istiqamətləndirmişdi. İlk görüşlər 2015-ci ilin iyul ayında Omanda başlamışdı. Bu görüşlərin heç birində Obama iştirak etmirdi, amma Rods orada idi.

Nüvə müqaviləsinin iki yöndə irəliləməsinə qərar verilmişdi. Birinci daxili razılıq, digəri ictimaiyyətə açıqlanan razılaşma olacaqdı. Açıq razılaşmanın təməlini təşkil edəcək daxili razılaşma layihəsi Ruhaninin hakimiyyətə gəlməsindən 3 ay əvvəl hazırlanmışdı.

“Eko dairəsi”

Müzakirələr müddətində Rodsu narahat edən tək bir problem var idi. Müqavilənin Konqres və Amerika xalqına necə çatdırılıb, sırınacağı?

Rods Konqres və xalqı İranla bağlanan müqaviləyə inandırmaq üçün Ağ Evdə bir “eko dairəsi” formalaşdırdıqlarını bildirir və başını yellədərək deyirdi: “Əlimizdə məntiqli bir izah olmayanda əlimizdə olanlardan ortaq bir izah yaradırıq. Mesajımıza ciddi zərər verəcək “İran Project” kimi xarici qruplara qarşını alacaq işlər görmüşdük. Və sonda etdiklərimizin işə yaradığını gördük. Müqaviləyə qarşı olanları dəliyə çevirdik”.

Amerika ictimaiyyətinin bir həftədir gündəmində olan “Ben Rods müzakirəsi” daha nə qədər davam edər bilinmir.

Obamanın xarici siyasət nitqlərini qələmə alan Rodsun xarici siyasət qərarlarının verilməsində, yoxsa verilən qərarların sırınmasında daha fəal rol oynaması müzakirə edilə bilər. Lakin Rodsun ABŞ siyasətində bu işi öhdəsinə götürən tək adam olmadığı məlumdur.

Corc Buş dövründə Dik Çeni və Donald Ramsfeld ABŞ-ın xarici siyasətini və xüsusilə İraq işğalını yönləndirən xüsusi simalar olaraq qarşımıza çıxır. Dik Çeni Səddam Hüseynin heç vaxt tapılmayan nüvə və bioloji silahlarının olması məzmununda xəbərləri ictimaiyyətə satmağı bacarmışdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO)

    Obamanın ayrı qala bilmədiyi stəkanı (FOTO) ...

    17-11-2015, 12:46

  • 
  • Ərdoğan Barak Obama ilə axşam yeməyində -FOTOSESİYA

    Ərdoğan Barak Obama ilə axşam yeməyində ...

    17-05-2013, 14:41

  • 
  • Barak Obamanın Kubaya səfərinin tarixi məlum olub

    Barak Obamanın Kubaya səfərinin tarixi məlum olub ...

    18-02-2016, 23:37

  • 
  • İspaniyada Obamanın səfərinə qarşı ETİRAZ

    İspaniyada Obamanın səfərinə qarşı ETİRAZ ...

    10-07-2016, 18:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu