«Ruslar ABŞ-a görə Gürcüstanın işğalından imtina etdilər»
Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci il Rusiya-Gürcüstan müharibəsində ABŞ-ın rolu ilə bağlı KİV-ə məlumat verib. Onun sözlərinə görə, Vaşinqton Qara dəniz sahilinə raket kreyseri göndərdikdən sonra «ruslar geri çəkilərək Gürcüstanı zəbt etməkdən ideyasından imtina ediblər». Bundan əlavə, Rumıniyadakı Amerika bazasına 16 ədəd F-16 qırıcısı göndərilib. NATO-nun Türkiyədəki bazası isə döyüş hazırlığına gətirilib. Gürcüstan lideri həmçinin bildirib ki, «Rusiya ordusu artıq Tbilisiyə gələndə ABŞ-ın o zamankı prezidenti Corc Buş (kiçik) ona zəng edib vəziyyətlə maraqlanıb. «Mən sabah olmaya bilərəm. Ancaq zənnimcə, siz özünüzü yaxşı hiss etməməlisiniz. Sovet İttifaqı sizin atanızın idarəçiliyi dövründə dağıldı və əgər sizin prezidentliyiniz dövründə Rusiya ordusu Tbilisiyə daxil olarsa, Sovet İttifaqı bərpa olunacaq. Tarixdə sizin haqqınızda nə yazılacağını düşünürsünüz?», - Saakaşvili Buşa bildirib. Bu dialoqdan sonra ABŞ Tbilisiyə hərbi yardım göndərib. Daha sonra Saakaşvili deyib ki, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays onu Rusiya ilə müharibəyə qoşulmamaq üçün razı salmağa çalışıb. «Biz qoşulmuruq, Kondi, əzizim, əgər bütün hallarda onlar daxil olsalar siz nə edəcəksiniz?», - Saakaşvili Dövlət Departamentinin rəhbərinə bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?