Ukraynada yanğın zamanı 17 ahıl insan həyatını itirib, 5 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ötən gecə Kiyev vilayətinin Brovar rayonunun Litoçka kəndində qocalar üçün inşa edilmiş şəxsi evdə yanğın baş verib.
Nəticədə 17 şəxs həyatını itirib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Komitəsi onların hamısının cəsədinin aşkarlandığını açıqlayıb. Xəstəxanaya yerləşdirilən 5 nəfərdən ikisinin durumunun ağır olduğu da açıqlanıb.
Hüquq-mühafizə orqanları həmin qocalar evinin qeyri-qanuni tikildiyini bildirib. Yanğına televizorda baş verən partlayışın səbəb olduğu ehtimal edilir. Cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?