Venesuelanın Truxilyo ştatının Andres-Belyo qəsəbəsində silahlı şəxslər 4-ü uşaq olmaqla, 12 nəfəri küçənin ortasında qətlə yetiriblər. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, polis əməkdaşları hazırda motosiklet və avtomobillərlə hərəkət edən silahlıların müəyyən edilərək saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.
Polis insidentdə səbəb kimi iki cinayətkar dəstə arasında ədavətin olmasını istisna etmir. Belə ki, qətlə yetirilən şəxslərdən iki nəfər barəsində qətllərə görə axtarış elan olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?