Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən “Görüş” kafesinin arxasında baş verib. Kafedən çıxan 25 yaşlı Ramil Məhərrəm oğlu Novruzov naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?