İordaniya kralı II Abdulla yeni seçkilərə hazırlıq üçün parlamentin aşağı palatasının (Nümayəndələr Palatası) buraxılması barədə fərman verib.
APA-nın İordaniyanın "Petra" Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, deputatların səlahiyyət müddəti 4 ildir, sonuncu parlament seçkiləri 2013-cü ildə keçirilib.
İordaniyada yeni parlament seçkiləri ərəfəsində kral tərəfindən parlamentin buraxılması standart prosedurdur. Konstitusiyaya əsasən, parlamentin buraxılmasından sonra baş naziri Abdulla Ensurun rəhbərlik etdiyi Nazirlər Kabineti istefa verib. Kral II Abdulla əvvəllər müxtəlif nazir postlarını tutmuş Xani əl-Mulkini baş nazir təyin edib. Xani əl-Mulkiyə bu ilin sonuna qədər Nümayəndələr Palatasına seçkiləri təşkil etmək tapşırılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?