Terror təşkilatı İŞİD-in Kilisi hədəf alan Katyuşa raketlərini Suriyada vətəndaşlardan qəsb etdikləri evlərdən atdıqları ortaya çıxıb.
gundemxeber.az atv.az-a itinadən bildirir ki, mərmiləri Savrandaki bir evdən atan terror təşkilatı bu yolla gizliliyini qoruya bilir.
Verilən məlumatlara görə, İŞİD Kilis və digər yaşayış məntəqələrini vuran mərmiləri Suriyanın Safran, Toybuk və Hötümlet kəndlərindən atır.
Qeyd edək ki, başda Kilisin Elbeyli qəsəbəsi və sərhədə yaxın kəndlər olmaqla Qaziantep bölgəsini vuran İŞİD raketləri bu günə qədər 8-i suriyalı qaçqın olmaq üzrə 23 vətəndaşın həyatını itirməsinə səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?