Ruslar ABŞ, Ukrayna və Türkiyəni ölkənin əsas düşmənləri hesab edirlər.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, bu barədə "Levada" tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.
Respondentlərin 72 faizi ABŞ-ı, 48 faizi Ukraynanı, 29 faizi isə Türkiyəni düşmən hesab edir. Bundan əlavə, respondentlərin əksəriyyəti ABŞ (70 faiz) və Avropa İttifaqının (62 faiz) siyasətinə qarşıdır.
Rusiyalılar Belarus (50 faiz), Qazaxıstan (39 faiz) və Çini (34 faiz) dost ölkələr hesab edirlər.
Qeyd edək ki, 2014-cü ilin martında Krımın ilhaqı, ardınca Rusiyanın Şərqi Ukraynadakı separatçılara dəstək verməsi Moskva və Kiyev arasındakı münasibətləri gərginləşdirib. Ukraynaya müdaxilə ABŞ və Rusiya arasındakı münasibətləri "soyuq müharibə" həddinə gətirib.
Rusiya-Türkiyə münasibətləri isə Rusiyanın Su-24 təyyarəsinin Türkiyə Silahlı qüvvələri tərəfindən vurulmasından sonra pisləşib. Moskvanın Suriya rejiminin ən böyük dəstəkçilərindən biri olması da Rusiya və Türkiyə arasında gərginlik yaradan məsələlərdən biridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?